Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsandakı sosial evlərin tikintisi üçün şirkətləri müəyyən edib.
FED.az xəbər verir ki, Agentliyin tabeliyində olan “MİDA” MMC tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 ha ərazidə çoxmənzilli yaşayış kompleksinin tikintisi ilə əlaqədar 2018-ci il 06 dekabr tarixində keçirilmiş açıq tenderin nəticələrinə əsasən Lot-1 üzrə “Azinvest İnşaat” QSC ilə “Faktor Qrup-S” MMC konsorsiumu, Lot-2 üzrə “19 saylı Tikinti Təmir İdarəsi” MMC ilə “Caspian Plus-A” MMC konsorsiumu qalib müəyyən edilmiş və müvafiq satınalma (podrat) müqavilələri bağlanıb.
Eləcə də bax: MİDA-dan iş adamlarına təklif: «Gəlin, bina tikin, icazə lazım deyil, layihəmiz hazırdır»
MİDA-nın binalarını bu şirkətlər tikəcək - SİYAHI
10:38
28 Fev 2019