Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus MİDA MMC ümumi dəyəri 9 837 213 manat olan 3 tenderə yekun vurub.
Eləcə də bax: "MİDA"nın böyük tenderini - BU ŞİRKƏT QAZANDI
FED.az bu barədə vahid dövlət satınalmaları portalına istinadən xəbər verir.
Məlumata görə, şirkət kompüter avadanlıqları və ehtiyat hissələri üçün "ST Tech" MMC-yə 4 717 876 manat, inşa olunan yaşayış komplekslərində videomüşahidə sistemlərinin quraşdırılması və genişləndirilməsi üçün yeni də həmin şirkətə 412 112 manat, Bakının Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən yaşayış kompleksində ofisin təmiri üçün isə "İdeal TM" MMC-yə 4 707 225 manat ödəyəcək.
Report