Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizovun əmrinə əsasən, “Gəncilk” metrostansiyasının çıxışından Ayna Sultanova heykəlinə doğru uzanan Atatürk prospektindəki eyniadlı parkda yenidənqurma işlərinə start veilib.
FED.az-ın xəbərinə görə, BŞİH-dən bildirilib ki, hazırda aparılan söküntü işləri çəçivəsində park yenidən qurulacaq:
ELƏCƏ DƏ BAX: "Gənclik"dəki məşhur restoranlar sökülür - ELDAR ƏZİZOV
“Ərazidə müəyyən sayda yeni və müasir obyektlər salınacaq. Bunlar əsasən istirahət guşələri, uşaqlar üçün əyləncəli oyunlar, çayxanalardan ibarət olacaq”.
Qeyd edək ki, hazırda ərazidə olan kiçik, xarici görünüşü standartlara cavab verməyən obyektlər sökülür.