2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır.
Azərbaycanda 6 ayda dövlət xəttilə 244 milyon manat - İPOTEKA KREDİTİ VERİLİB
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən FED.az-a bildirilib ki, girov qoyulan mənzillərin 93 faizi bu üç ərazi idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı Qəbələ (4 müqavilə), 14 saylı Şamaxı (12 müqavilə) və 18 saylı Zaqatala (15 müqavilə) ərazi idarələridir.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr 2023-cü ilin ilk altı ayı ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.