İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində bina tikintisi ilə məşğul olan hüquqi şəxslərin nümayəndələri ilə görüş keçirilib.
Mənzil alarkən ƏDV-nin bir hissəsi - NECƏ GERİ QAYTARILIR?
FED.az xəbər verir ki, görüş nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması mövzusuna həsr olunub.
Xidmətin əməkdaşı Elşən Rəhimli bildirib ki, görüş zamanı MTK rəhbərlərinə xüsusi portalın istifadə qaydası və təlimatları bildirilib:
“Bu portaldan istifadə zamanı MTK və alıcıların vəzifə və öhdəlikləri nümayiş etdirilib”.