Bu ilin oktyabr ayında Bakıda mənzil bazarında qiymət artımı baş verib.
FED.az-ın məlumatına görə, bunu "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov bildirib.
ELƏCƏ DƏ BAX: Yasamalda obyekt, Salyanda 5 hektar torpaq – SATILDI, QİYMƏTLƏR
N.İbrahimov deyib ki, təkrar mənzil bazarında qiymətlərdə ay ərzində bahalaşma 2.57 faiz olub.
Ekspertin sözlərinə görə, ilkin mənzil bazarında qiymətlərdə ay ərzində 3.15 faiz artım müşahidə olunub.
N.İbrahimov qeyd edib ki, payız ayları adətən daşınmaz əmlak bazarı üçün mövsum ayları sayılır:
“Birinci səbəb budur. Digər səbəb isə neft birjalarında bu ilin əvvəlindən davamlı qiymət artımının olmasıdır. Adətən neft bazarında qiymət artımı daşınmaz əmlak bazarına da öz təsirini göstərir”.
Mənzil bazarında qiymətlər necədir?
20:24
20 Noy 2018