Mənzilin yerləşdiyi mərtəbə, təmir səviyyəsi, otaqların rahat planlaşması, mənzərəsi və bu kimi digər amillər uğurlu mənzil alışının 10-luğuna düşənlərdir. Ancaq mənzil alışında onun yerləşdiyi binanın istiqamətinə fikir verməyi bəzən unuduruq.
FED.az-ın məlumatına görə, əmlak eksperti Fərid Rüstəmov tövsiyə edib ki, alıcılar mənzil alarkən özləri ilə kompas götürsünlər.
ELƏCƏ DƏ BAX: Sosial Mənzillər 4 dəqiqə 22 saniyəyə satılıb – RƏSMİ AÇIQLAMA
Ekspertin sözlərinə görə, uğurlu mənzil alışı üçün ilk öncə binanın cəhətlərə (Şimal, Cənub, Şərq, Qərb) görə yerləşməsi müəyyənləşdirilməlidir.
Bəs ekspert hansı istiqamətdə inşa edilmiş binadan alınan mənzilin daha uğurlu olmasını tövsiyə edir?
"Fasadı Şərq istiqamətinə baxan binaların mənzilləri daha uğurlu sayılır. Belə ki, gündoğan istiqamətinə baxan mənzillər yayda sərin, qışda quru olur ki, bu da mənzilin təmirliyinin daha davamlı olmasına xidmət edir.
Cəhətlərə görə ən sonuncu yerdə fasadı Cənuba baxan binaların mənzilləridir. Bu mənzillər yayda qızmar (gün doğandan batanadək şüası mənzilin daxilinə düşür), qışda isə rütubətli olur. Hətta yaxşı izolə edilməyən mənzillərin divarı qışda su qabarcıqları ilə örtülü olur ki, bu da mənzilin təmirliyinin davamlığını aşağı salır, hətta divarlarda kif qatının əmələ gəlməsinə səbəb olur".
Mənzil alarkən buna diqqət yetirilməlidir – TÖVSİYƏ
21:12
30 Yan 2019