İstanbul 11-ci İnzibati Məhkəməsi Kanal İstanbul yenidənqurma layihəsini ləğv edib.
FED.az xəbər verir ki, bu barədə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bildirib. Onun sözlərinə görə, məhkəmə ölkənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin bu istiqamətdəki fəaliyyətinin qanuna uyğun olmadığına qərar verib.
Məlumata görə, İBB-nin iddiasında layihə ilə bağlı prosedurun qanuna zidd olduğu, İstanbulun gələcəyi üçün həyati önəm daşıyan kənd təsərrüfatı torpaqlarına, meşə sahələrinə və su hövzələrinə geridönüşü olmayan zərər vuracağı qeyd olunub. Məhkəmə İBB-nin etirazını haqlı heasab edərək tikinti planını ləğv edib. (Apa)