Bərdə şəhərində yerləşən və 9 ildir sökülən Mədəniyyət sarayı hələ də bərpa edilmir. Binanın yeni tikintisi nəzərdə tutulsa da, 9 ildən çoxdur ki, inşaat işləri dayandırılıb.
Eləcə də bax: Bərdədə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildiriblər ki, Bərdə şəhərində Mədəniyyət sarayı binasının yerində Mədəniyyət Mərkəzi binasının tikintisi üçün 31.10.2013 tarixdə podratçı ilə müqavilə bağlanılıb və onun əsasında dəmir beton işləri görülüb, vəsait ayrılmadığından inşaat işləri bu günə kimi yarımçıq qalıb. (Trend)