“Tesla” və “SpaceX”in rəhbəri İlon Mask bir “tviti” ilə Texasın danışmaz əmlak bazarında partlayışa səbəb olub.
Eləcə də bax: İlon Maskın paylaşımları fond bazarlarını silkələyir
FED.az Banker.az-a istinadən xəbər verir ki, iş adamı bu ştatda inşa etməyi planlaşdırdığı şəhərə yaxın ev almağı məsləhət görüb. Təşəbbüskar amerikalılar kütləvi şəkildə rieltorlara müraciət etməyə başladı.
Ev almaq çağırışları Şimali Dakota kimi şimali əyalətlər də daxil olmaqla, ölkənin dörd istiqamətindən daxil olmağa başlayıb. Məsələn, Oreqona ştatının sakini Braunsvill ərazisində ev almaq üçün 200 min dollar nağd pul təklif edib.
Xatırladaq ki, Mask Texas ştatında yeni şəhər inşa etmək planlarını mart ayının əvvəlində açıqlayıb. O bu şəhəri “Starbase” adlandırmaq istəyir. “Bloomberg” şirkətin bazasının yerləşdiyi Boka-Çika kəndinin adının dəyişdirilməsindən və genişləndirilməsindən yazıb.
Lakin sonra iş adamı “Starbase” şəhərinin “Boka-Çikadan daha böyük ərazini” əhatə edəcəyini söyləyib. Bundan əlavə, dövlət orqanları bu cür məsələlərin bir “tvitlə” həll edilmədiyini xatırladıb. İlk növbədə, yeni şəhərin inşası üçün Maskın rəsmi müraciət təsdiq edilməlidir.
Milyarder bu şəhərin “The Doge” tərəfindən idarə ediləcəyini bildirib. Mütəxəssislərin fikrincə, burada söhbət “Dogecoin” kriptovalyutasından gedir. Ümumiyyətlə, rəqəmsal valyuta və blokçeyn üzərində qurulmuş iqtisadiyyata sahib olan kriptoşəhərlər yeni fikir deyil. Bir çox məşhurlar bu cür yaşayış məntəqələrini yaratmaq planlarını bölüşüblər.