Abşeron, Masallı və Cəlilabadda qanunsuz tikintilərin qarşısı alınıb.
Bakıda növbəti qanunsuz tikintilərin qarşısı alınıb - VİDEO
Bu barədə FED.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində, Masallı rayonunun Qızılavar kəndində və Cəlilabad şəhərində heç bir icazəverici sənəd olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyektlər sökülüb.