Böyük Britaniyada Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızının və nəvəsinin əmlakına həbs qoyulub.
FED.az BBC-yə istinadən xəbər verir ki, Nazarbayevin qızı, Qazaxıstan senatının sədri Dariqa Nazarbayeva, onun oğlu nurəli Əliyev və onun həyat yoldaşı Aida Londonda ümumi məbləği 100 milyon dollarlar olan mənzillər və evlər alıblar.
Bu əmlaklar 3 ofşorda rəsmiləşdirilib – Antil adaları, Panama və Britaniya ərazisi sayılan Anqilya.
Həbs qoyulan əmlakların arasında Bişops-avenyudakı hovuzlu və kinoteatrlı villa, Hayqeyt rayonunda ev və Londonun ən məşhur ərazilərindən olan Çelsidə mənzil var.
Britaniya hökuməti Nazarbayevlərin əmlaklarına 2019-cu ildə hüquq mühafizə orqanlarının sorğusuna əsasən həbs qoyublar. Nazarbayevlər bu məlumatın yayılmasını istəməsələr də, London yüksək məhkəməsi bu məlumatın yayılmasına icazə verib.