Nazirlər Kabineti “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda dəyişiklik edib.
Eləcə də bax: Bakıda köhnə binaların söküntüsü - hansı formada həyata keçirilməlidir?
FED.az xəbər verir ki, dəyişikliyə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında müəyyənləşdirilən xüsusi mühafizə zonalarına dair yeni tələblər müəyyənlşdirilib.
Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı cədvəldə verilib:
2Sıra №-si |
Neft-qazçıxarma sənayesi obyektləri |
Yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələr |
İctimai binalar (mədəniy- yət və təhsil müəssisələrinin binaları, uşaq bağçası-körpələr evi, tibb müəssisələri- nin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s.) |
Sənaye və kənd təsərrüfatı müəssisələrinin binaları |
Elektrik- ötürücü xətləri (hava xətləri - 6 kV və yuxarı) |
Elektrik yarım- stansiyaları (35/6 kV və yuxarı) |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
1. |
Fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyular |
300 |
500 |
100 |
60 |
100 |
2. |
Mancanaq dəzgahı ilə istismar olunan və basqı quyuları |
150 |
250 |
50 |
30 |
50 |
3. |
Ləğv olunmuş quyular |
75 |
125 |
25 |
15 |
25 |
4. |
Neftin çıxarılması üçün A və B kateqoriyalı bina və qurğular (ölçmə qurğusu, separator qurğusu, nasos stansiyası, kompressor stansiyası, neftin hazırlanma qurğusu, atqı qurğusu, mərkəzi yığım məntəqəsi və s.) |
300 |
500 |
100 |
elektrik qurğularının quraş- dırılması qaydalarının tələblərinə uyğun |
80 |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
5. |
Qazın yandırılması üçün məşəl |
300 |
500 |
100 |
60 |
100 |
6. |
Qazatqı şamı |
300 |
500 |
100 |
30 |
30 |
Qeyd edək ki, indiyə qədər obyektlər ətrafında xüsusi mühafizə zonaları aşağıdakı kimi müəyyən edilmişdi:
Neftqazçıxarma sənayesi obyektlərinin adı |
Şəxsi tikililər (metr) |
Təsərrüfat obyektləri (metr) |
Kənd təsərrüfatı obyektləri (metr) |
|||
MM |
MZ |
MM |
MZ |
MM |
MZ |
|
Quyular, separatorlar və qızdırıcı avadanlıq |
300 |
qadağandır |
500 |
qadağandır |
100 |
qadağandır |
Neft rezervuarları və nasos avadanlığı |
300 |
qadağandır |
500 |
qadağandır |
- |
qadağandır |
Elektrikötürücü xətləri |
12-19 |
10-15 |
12-19 |
10-15 |
12-19 |
10-15 |
Nazirlər Kabinetinin izahında bildirilib ki, istismarda olan və ləğv olunmuş neft-qaz quyularının mühafizə məsafələri onların təhlükəliliyi baxımından fərqli olduğu halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları” normativ sənədində ümumi olaraq bütün quyular üçün minimum məsafə eyni göstərilib. Bakı və Abşeron yarımadasında kifayət qədər ləğv olunmuş neft quyuları vardır ki, bu da həmin ərazilərdə tikinti-quraşdırma işlərinin aparılması zamanı mübahisəli məsələlərin yaranmasına gətirib çıxarır. Qərarın qəbulu ləğv olunmuş quyular da daxil olmaqla neft-qazçıxarma sənayesi obyektlərinin mövcud olduğu ərazilərdə tikinti-quraşdırma işlərinin aparılması zamanı, o cümlədən tikilmiş obyektlərlə bağlı mübahisəli məsələlərin yaranmasının qarşısının alınmasında və həllində çox böyük təsir göstərəcək, həmçinin insanların təhlükəsizliyi nəzərə alınmaqla sözügedən ərazilərdə torpaqların səmərəli istifadəsinə şərait yaradacaq.