Ləğv prosesində olan “Texnikabank” ASC-nin balansında olan əmlaka ilkin olaraq yarım milyona yaxın qiymət qoyulub. FED.az xəbər verir ki, ləğv edilmiş bankın əmlakını Əmanətlərin Sığortalanması Fondu satır. Fondun elan etdiyi hərraclarda indiyədək bankın bir sıra əmlakı satışa çıxarılıb və ya icarəyə verilib.
Bu dəfə hərraca çıxarılan əmlak Bakının Xətai rayonu, Babək prospekti, bina 12A, B bloku, qapı 1 (14-cü mərtəbə) ünvanında yerləşir. Bina 270,9 kv.m ümumi sahəyə malikdir, orta təmirlidir.
Əmlakın ilkin qiyməti 435,1 min manatdır. Ofisin veziyyeti ilə aşağıdakı şəkillərdən tanış olmaq olar: