“Bakı Ağ şəhər”in təməlqoyma mərasiminin 6-cı ildönümü ərəfəsində Babək məhəlləsində yerləşən binaların inşası tamamlanıb.
Bu barədə “Bakı Ağ şəhər” layihəsinin inkişaf rəhbəri Fuad Verdiyev məlumat verib.
Onun sözlərinə görə, ərazidə yaşıllaşdırma və abadlıq işləri yekunlaşıb, kommunikasiya, o cümlədən içməli su, kanalizasiya və qaz xətləri sahəsində işlər artıq başa çatdırılıb.
F.Verdiyev əlavə edib ki, hazırda “Azəravtoyol” ASC tərəfindən yolun üst səthinin tamamlanma işləri aparılır. Cari ilin sonunda mənzillər sakinlərin istifadəsinə veriləcək.
Həmçinin qeyd olunub ki, “Bakı Ağ şəhər”də gələn ilin sonunda daha bir yaşayış məhəlləsi - Fəvvarələr meydanının təhvil verilməsi gözlənilir.
© Azətac