Kürdəmir rayonunda məskunlaşan məcburi köçkün ailələri üçün “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na edilən “Əlavələr”in icrası ilə əlaqədar Xırdapay kəndinin ərazisində 563 məcburi köçkün ailəsi üçün 17 ədəd dördmərtəbəli yaşayış binasının inşasına başlanılıb.
FED.az xəbər verir ki, burada, habelə 452 şagird yerlik məktəb binası, 140 yerlik uşaq bağçası, icma-klub, inzibati bina, həkim məntəqəsi və ATS binası da tikiləcək.
Yeni yaşayış kompleksinin inşasının bu ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
Eləcə də bax: “MİDA” MMC - dən daha bir - TENDER ELANI