Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) əmlakın qeydiyyatını sadəlşdirmək və vətəndaşlara xidmət üçün kütləvi çıxarış kampaniyasını davam etdirir. FED.az-ın məlumatına görə, bu gün Cəliləbadda keçirilən kampaniyada rayonun Cəlilabad və Göytəpə şəhərləri, habelə, Muğan, Qarazəncir, Maşlıq kəndlərinin sakinlərinə «kupça» verilib.
Komitə əməkdaşları bu əraziyə xüsusi avtomobillərlə gələrək təqdim lunan sənədləri qəbul edib və əvvəllər qəbul edilən sənədlər əsasında əmlak çıxarışları veriblər. Kampaniyada 150-ə yaxın sakin əmlak qeydiyyatı ilə bağlı xidmətdən istifadə edib. Bundan 80-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar verilib. Çıxarışların 40-a yaxını kənd təsərrüfatı məqsədi ilə icarəyə götürülmüş torpaq sahələri, 20-ə yaxın həyətyanı torpaq sahələri, 10-a yaxın isə fərdi yaşayış evlər üçün verilib.
Kampaniya zamanı 90 rayon sakinindən ilkin hüquqmüəyyənedici sənədlər qəbul edilib. Qəbul edilən ilkin sənədlər də əsasən pay torpaqları, fərdi yaşayış evləri və həyətyani torpaq sahələrinə aid olmuşdur.