İşğaldan azad olunmuş ərazilərdəki səkkiz şəhərin Baş planı üzərində işlər yekunlaşıb.
"Bu il qəzalı binalarla bağlı problemlərin həlli üçün 50 milyon manat ayrılacaq"
FED.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev jurnalistlərə açıqlamasında deyib.
Anar Quliyev əlavə edib ki, Azərbaycan Qarabağda həyata keçirdiyi inşaat işləri zamanı mədəni irsi qoruyur. Sədr "Sovetski" adlanan ərazinin tamamilə sökülməsi məsələsinə də aydınlıq gətirib. Bildirib ki, hələ də bəzi hissələr var ki, orada evlər qalır. Bu, gələcəkdə investorların marağından asılıdır. Əgər onların marağı olsa, həmin evlərlə bağlı iş görülə bilər. O həmçinin əlavə edib ki, "Bayırşəhərdə" hər hansı tarixi abidə qəti şəkildə sökülə bilməz.
Anar Quliyev müsahibəsi zamanı Azərbaycanın Ukraynanın bərpası prosesində iştirak edəcəyini də deyib.
Sədr əlavə edib ki, gələcəkdə zərurət olduqca, Azərbaycan digər tərəfdaş ölkələrə, dost ölkələrə dəstəyini göstərməyə, təcrübəsini onlarla bölüşməyə hazırdır.