Səhiyyə Nazirliyi iyunun 5-də iki xəstəxananın təmir-tikinti işlərinin aparılması üçün iki müqavilə imzalayıb. Şəmkir rayonunda xəstəxananın təmiri Bakının Maştağa qəsəbəsindəki yeni xəstəxana korpusunun tikintisindən daha bahalı olacaq.
FED.az xəbər verir ki, Şəmkir rayonunun Kür kəndində xəstəxananın təmiri üçün 5 milyon 890,9 min manat ayrılıb. Müqavilə "Ekspress İnşaat" MMC ilə bağlanılıb. "El Seym İnşaat" MMC isə xəstəxana korpusunun tikintisi üçün Səhiyyə Nazirliyindən 5 milyon 497,1 min manat alıb. Nə tender elanında, nə də tenderin nəticələri barədə məlumatda tərəflər arasında imzalanmış müqavilələrin parametrləri barədə informasiya yoxdur.
© Contact