Hazırda ölkə ərazisində vətəndaşların böyük qismi ipoteka kreditlərinə müraciət edirlər. Şərtlər çox az insan qrupunu əhatə etsə də, bəziləri üçün əlverişli hesab edilir. Ölkədə əsasən, gənc ailələr ağır kredit şərtlərindən qurtulmaq üçün ipotekaya müraciət edirlər.
“52 min kompensasiya verilir, heç birotaqlı həyət evi də ala bilmərəm” - VİDEO
FED.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elşad Əliyev deyib ki, hazırda ölkədə tətbiq olunan 3 ipoteka növü mövcuddur. Birincisi, Dövlət ipoteka dəstəyi MTK-lar tərəfindən təklif olunan daxili ipoteka (partnyor banklar vasitəsilə) və vətəndaşların öz aralarında sövdələşmə vasitəsilə həyata keçirilir.
İkincisi, dövlət qulluqçularına təklif olunan ipotekadır. Bu daha sərfəli şərtlərlə təklif olunur.
Üçüncüsü isə, MTK -lar daxili kredit kimi daha qısa müddətdə bəzən faiz dərəcəsi olmadan təklif edirlər. Lakin bu aylıq daha çox məbləğ ödəmə şərtləri təklif olunur .
Ekspert söyləyib ki, vətəndaşlar arasında hər hansı bir sövdələşmə isə 100/90 faizi məhkəmə predmentinə çevrilir:
"Təbii ki, ipoteka ilə əldə olunan mənzil kirayə mənzildən daha sərfəlidir. Nəticə etibarilə ipoteka olunan mənzil təyin olunmuş müddət sonunda bazar qiyməti ilə qiyməti eyni olur. Yəni ki, ipoteka ilə əldə olunan mənzillər sahiblərinə daha çox maddi qazanc verirlər". (Modern.az)