Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 40 072 borcalana 2 milyard 252,519 milyon manat kredit verib.
FED.az xəbər verir ki, bu barədə İKZF-nin açıqlamasında bildirilir.
Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 319,671 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 2 203 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.