Azərbaycanda kirayə üsulu ilə mənzillərin daha bir partiyası satışa çıxırılıb.
Kirayə üsulu ilə - 3 324 MƏNZİL VERİLDİ
Kirayə üsulu ilə satıça çixarılan - YENİ MƏNZİLLƏRİN SİYAHISI
FED.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təklif etdiyi mənzillərin siyahısına Abşeron rayonunda daha 81 tam təmirli mənzil əlavə edilib.
O cümlədən Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi üzrə 27 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 363 manatdan başlayır.
Abşeron rayonu, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 54 mənzil təklif olunur. Yaşayış sahələrinin aylıq ödənişi 268 manatdan başlayır.
Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün 27 aprel 2023-cü il tarixindən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3324 vətəndaşla kirayə müqaviləsi bağlanıb.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.