“İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən mənzillər orta bazar qiymətlərindən daha aşağı qiymətlər ilə alınıb”.
Eləcə də bax: Manat ucuzlaşsa da, Kirayə haqları qalxmayacaq - FONDDAN AÇIQLAMA
FED.az biznes portalı "marja"ya istinadən xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanəti Fondunun baş direktoru İlham Kələşov bildirib.
Kələşov, “Orta qiyməti səsləndirə bilərəm. Bugünə, İpoteka və Kredit Zəmanəti Fondunun aldığı mənzillərin orta bazar qiyməti ümumi mənzil fondu üzrə 1300 manata yaxın məbləğdir (1 kvadrat metr üçün -red). Nəzərə almaq lazımdır ki, bu mənzillər alış anına tam təmirli, çıxarışı olan mənzillərdir”, - əlavə edib.
Eləcə də bax: Kirayə haqqını daha tez ödəyəndə məbləğ azalacaqmı? –FONDDAN AÇIQLAMA
Fondun sədri satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə müraciətlərin qəbuluna yaxın günlərdə başlanacağını bildirib.