Xəbər verildiyi kimi, İpoteka və Kredit Zəmanət Fondu mənzillərin kirayə üsulu ilə satılması ilə bağlı işləri bərpa edib.
FED.az xəbər verir ki, Fondun bu ün yayıdığı məumatda kirayə evlərin satışı ilə bağlı müraciət üçün yeni təlimat və video təlimat açıqlanıb.
Eləcə də bax: Kirayə evlər sərfəlidir, yoxsa ipoteka krediti?– MÜQAYİSƏ, HESABLAMA
Fond kirayə ilə satılacaq mənzillərin siyahısını da yenidən açıqlayıb.
FED.az xəbər verir ki, siyahı dəyişib və mənzillərin sayı artırılıb. Belə ki, bu dəfə kirayə üsulu ilə satışa 331 deyil 530 mənzil çıxarılacaq.
Əlavə mənzillər Bakı şəhəri Gəncə prospektinin və Sumqayıt şəhərinin hesabına artırılacaq.
Belə ki, əvvəl olduğu kimi, bu dəfə də Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində 208, Xırdalan şəhəri 21-i məhəllədə isə 58 mənzil satışa çıxarılacaq.
Əvəzində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektindəki mənzillərin sayı 40-dan 100-ə, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən mənzilərin sayı isə 40-dan 164-ə qaldırılıb.