Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün saat 10-da müraciətlərin qeydiyyata alınması nəzərdə tutulsa da, gecikmə baş verib.
Eləcə də bax: İpoteka Fondunun səhifəsində problem yaranıb – SİSTEM İŞLƏMİR
FED.az xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir. Buna görə də qeydiyyatın başlanması müvəqqəti olaraq təxirə salınıb. Yükləmə prosesi tam yekunlaşdıqdan sonra portalda qeydiyyat bölümü aktiv olacaq.
Qaqazinfo