Azərbaycanda satınalma öhdəliyi ilə, yəni kirayə üsulu ilə mənzillərin satışı başlayır.
FED.az xəbər verir ki, artıq bir neçə gündən sonra bununla bağlı müraciətlərin qəbulu barədə elan veriləcək.
Eləcə də bax: Kirayə evin aylıq ödənişi - NƏ QƏDƏR OLACAQ? - MƏBLƏĞLƏR AÇIQLANDI
Kirayə mənzillərlə bağlı indiyədək açıqlanan maraqlı məqamlardan biri odur ki, məhkumluğu olan şəxslər bu imkandan istifadə edə bilməzlər. Bu şərt cəmiyyətdə birmənalı qarşılanmayıb. Maddədə elə başa düşülür ki, nə vaxtsa məhkum olunan şəxs heç vaxt kirayə ev ala bilməyəcək. Bu şərti insan hüquqlarının pozulması kimi qiymətəndirənlər də olub.
Amma FED.az-ın dəqiqləşdirməsinə görə, söhbət həmin şəxslərin ümumiyyətlə mənzil almasından deyil, məhkumluqları ləğv edilənə qədər mənzil almamasından gedir.
Eləcə də bax: Kirayə evlərin alınması üçün – TƏLƏB OLUNAN SƏNƏDLƏR AÇIQLANDI - SİYAHI
Belə ki, ölkə qanunvericiliyinə görə, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.
Bu hallarda cəzadan azad edilmiş şəxs məhkumluğu olmayan hesab edilir.
a) şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda;
b) azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə;
c) böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən üç il keçdikdə;
ç) ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə;
d) xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.
İndiyədək məhkum edilmiş şəxslər, ASAN xidmətdən məhkumluğun ödənildiyi barədə arayış aldıqdan sonra kirayə ev üçün müraciət edə bilər.