“Hazırda daşınmaz əmlak bazarında bahalaşma müşahidə edilir”. Bu barədə FED.az-a məlumat verən daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, ay ərzində qiymət artımı 1,03 faiz təşkil edir:
Eləcə də bax: Yeni tədris ili ərəfəsində Bakıda - KİRAYƏ MƏNZİL BAHALAŞDI
“Təkrar mənzil bazarında 0,73 faiz, ilkin mənzil bazarında isə 2,36 faiz bahalaşma qeydə alınıb”.
Onun sözlərinə görə, ilin sonuna doğru daşınmaz əmlak bazarında qiymət artımı xarakterik olacaq:
“Uzun illərdir insanlarda psixolojik olaraq formalaşan “gələn ildən bahalaşacaq” fikirləri bazarda tələbatı artırır, bazara təzyiq güclənir. Bu da tələb və təklifdə ciddi fərq yaratdığından qiymət artımı qaçılmaz olur”.
Modern