Azərbaycana gətirilən keramika məmulatları və keramik tikinti materiallarına tətbiq edilən idxal gömrük rüsumu dəyişib.
Eləcə də bax: Bakıda bəzi tikinti materiallarının qiyməti bahalaşıb
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Beləliklə, 31 dekabrı 2021-ci il tarixinədək Azərbaycana idxal edilən kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan (məsələn, kizelqurdan, tripolitdən və ya diatomitdən) və ya analoji silisli süxurlarından digər keramika məmulatlarının və tərkibində MgO, CaO və ya Cr2O3-ə hesablanmış 50 kütlə %-dən çox bir yerdə və ya ayrı-ayrılıqda götürülmüş Mg, Ca və ya Cr elementləri olan Silisli daş unundan və ya analoji silisli süxurlarından məmulatlardan başqa, odadavamlı kərpiclər, bloklar, lövhəciklər və analoji odadavamlı keramik tikinti materiallarının 1 kq-na 0,04 ABŞ dollar gömrük rüsumu tətbiq olunub. Dəyişikliyə əsasən, artıq Azərbaycana idxal edilən kərpiclər, bloklar, lövhəciklər və silisli daş unundan (məsələn, kizelqurdan, tripolitdən və ya diatomitdən) və ya analoji silisli süxurlarından digər keramika məmulatlarının 1 kq-na 15 faiz, tərkibində MgO, CaO və ya Cr2O3-ə hesablanmış 50 kütlə %-dən çox bir yerdə və ya ayrı-ayrılıqda götürülmüş Mg, Ca və ya Cr elementləri olan Silisli daş unundan və ya analoji silisli süxurlarından məmulatlardan başqa, odadavamlı kərpiclər, bloklar, lövhəciklər və analoji odadavamlı keramik tikinti materiallarının 1 kq-na 5 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.