Azərbaycanda aprelin 27-dən etibarən karantin rejiminin yumşaldılmasının daşınmaz əmlak bazarında aktivliyin artmasına təsiri yoxdur.
Eləcə də bax: Azərbaycanda daşınmaz əmlak bazarını nə gözləyir? - MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov qeyd edib ki, daşınmaz əmlak bazarının aktiv iştirakçıları rieltor şirkətləridir:
“Onların işləməsinə hələ ki icazə verilmir. Eyni zamanda qiymətləndiricilərin də işləməsinə icazə verilmir. Alıcılar və satıcılara gəlincə isə, bunların da hərəsinə evdən çıxmaq üçün 3 saat vaxt verilir. Bu zaman ərzində evin alqı-satqısını reallaşdırmaq çətindir. Bu baxımdan karantin rejiminin yumşaldılması daşınmaz əmlak bazarına hələ ki təsir etmir”.
Ekspert bildirib ki, bu gün daşınmaz əmlak bazarında aktivlik ən aşağı səviyyədədir:
“Bu səbəbdən qiymətlər barədə nəsə demək çətindir. Daşınmaz əmlak bazarında aktivlik yalnız əsas bazar iştirakçılarına işləməyə icazə verildikdən sonra müşahidə edilə bilər”.
Trend