Həm ipoteka kreditləşməsi, həm də satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə ümumilikdə 60 minə yaxın ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, onların da 70 faizdən çoxunu gənclər təşkil edir.
FED.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun təşkilatçılığı ilə media nümayəndələri üçün Azərbaycanda həyata keçirilən yaşayış maliyyəsi və sahibkarlığa dəstək alətləri barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə birgünlük təlimdə bildirilib.
Həmçinin fondun həyata keçirdiyi sahibkarlığa dəstək alətləri təqdim edilib. İndiyədək fondun zəmanəti ilə sahibkarlara 525 milyon manatdan çox kredit verilib ki, onların da hesabına 7 minə yaxın yeni iş yerinin açılması nəzərdə tutulub.