Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu vətəndaşlara müraciət edib.
Fonddan FED.az-a bildirilib ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-si saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcək.
İpoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir. İpoteka kreditlərinin şərtlərinə dair məlumatları fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə edə bilərsiniz.