Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2023-cü ilin I yarımili üzrə maliyyə hesabatını açıqlayıb.
Azərbaycanda bu il 5 mindən çox vətəndaş dövlət xətti ilə - İPOTEKA KREDİTİ ALIB
FED.az fondun maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2023-cü ilin I yarısında İKZF-nin xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 17% artaraq 11 milyon 578,1 min manat təşkil edib. 2022-ci ilin I yarısında İKZF-nin xalis mənfəəti 9 milyon 890,9 min manat manat idi.
Hesabat dövründə fondun faiz gəlirləri illik müqayisədə 21.2% artaraq 37 milyon 816.6 min manata, faiz xərcləri isə 24.8% artaraq 20 milyon 804,5 min manata bərabər olub. Bu dövrdə fondun əməliyyat gəlirləri 17 milyon 246 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur.
2023-cü ilin iyul ayının 1-nə İKZF-nin cəmi aktivləri illik müqayisədə 16.5% artaraq 2 milyard 542,1 milyon manata yüksəlib. Bu dövrdə cəmi aktivlərin 73.4%-ni verilmiş ipoteka kreditləri (1 mlrd. 865.9 mln. manat) təşkil edib. Fondun öhdəlikləri isə illik müqayisədə 20.9% artaraq 1 milyard 408.8 milyon manat olub. Cəmi öhdəliklərin 98.1%-ni buraxılmış qiymətli kağızlar (1 mlrd. 453.2 mln. manat) təşkil edib.
2023-cü il iyun ayının 30-na İKZF-nin cəmi kapitalı 1 milyard 61.3 milyon manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.8% çoxdur. (Apa)