Azərbaycanda ipoteka kreditlərinin həmi 5,1 milyard manata çatıb.
Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir
FED,az xəbər verir ki, bu barədə İpoteka və Kedit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev Fondun mətbuat nümayəndələri üçün təşkil etdiyi təlimdə bildirib.
Onun sözlərinə görə, ipoteka kreditlərinin 3,5 milyard manatı fondun xətti ilə verilib. 1,6 milyard manat kredit isə bankların daxili ipoteka krediti proqramlarının payına düşür.
Açıqlanan rəqəmlərə əsasən, indiyədək ölkədə verilən ipoteka kreditlərindən 67,7 min nəfər istifadə edib. Belə ki, dövlət ipoteka kreditləri xətti ilə indiyədək 54,8 min nəfər kredit götürüb.
Bankların daxili ipoteka kreditlərindən isə indiyədək 12,9 min nəfər istifadə edib.