2023-cü il sentyabrın 30-na İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə Bakıda yaşayan vətəndaşlara 36,742 min ipoteka krediti verilib.
İKZF kirayə mexanizmi çərçivəsində daha 232 mənzili satışa çıxarıb
FED.az xəbər verir ki, bu barədə fonddan məlumat verilib.
Sentyabrın 30-na İKZF-nin xətti ilə 47,067 min ipoteka krediti verilib. Beləliklə, fondun xətti ilə verilən bütün ipoteka kreditlərinin 78,1%-i Bakı şəhərinin payına düşüb.
2023-cü il sentyabrın 30-na Sumqayıtda 3,485 min, Abşeron rayonunda (Xırdalan) 3,711 min, Gəncədə 1,55 min, Naxçıvanda 587 ipoteka krediti verilib, qalan kreditlər respublikanın digər şəhərlərinin payına düşüb.
Fondun məlumatına əsasən, sentyabrın sonuna İKZF-nin müvəkkil bankları tərəfindən 2,612 milyard manat məbləğində kredit təkrar maliyyələşdirilib. Verilmiş ipoteka kreditlərinin ümumi məbləği 2 milyard 808 milyon manat, o cümlədən güzəştli kreditlər 859 milyon manat (ipoteka kreditlərinin ümumi həcminin 30,6%-i) təşkil edib.
İpoteka krediti götürənlər arasında 30-35 yaş arasında olan şəxslər (15,93 min kredit, bütün ipoteka kreditlərinin 33,85%-i), 18-29 yaş arasında olan şəxslər (15,832 min kredit, bütün ipoteka kreditlərinin 33,64%-i) və 35 yaşdan yuxarı şəxslər (15,305 min, bütün ipoteka kreditlərinin 32,52%-i) üstünlük təşkil edir.
Fondun məlumatına görə, verilmiş ipoteka kreditlərinin 94%-i çoxmərtəbəli yaşayış binalarında mənzillərin, 6%-i fərdi evlərin alınması ilə bağlıdır. İpoteka kreditlərinin 34,04%-i sahəsi 41-60 kvadratmetr, 29,35%-i sahəsi 61-80 kvadratmetr, 15%-i sahəsi 81-100 kvadratmetr olan mənzillərin alınması üçün verilib.
İpoteka yolu ilə alınan mənzillərin 33,37%-nin qiyməti 60-90 min manat, 32,24%-nin qiyməti 30-60 min manat, 18,72%-nin qiyməti 120 min manatdan artıq, 14,33%-nin qiyməti 90-120 min manat, 1,34%-nin qiyməti isə 30 min manata qədərdir.
İpoteka yolu ilə mənzil alanların 68%-i evil şəxslər, 80%-i kişilərdir. Borcalanların 61,65%-nin aylıq gəliri 1,1 min manatı ötür.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir. (İntefaks-Azərbaycan)