Bakı şəhərində yeni tikililərin istismara qəbulu və onların bütün kommunal xidmətlərlə təmin edilməsi həmin binalarda şəraitin qaydaya düşməsi və mənzillərin qiymətinin artması ilə nəticələnəcək.
Eləcə də bax: “Novostroyka”lar belə sənədləşdiriləcək – ADDIM-ADDIM PROSEDURLAR
Bu barədə FED.az-a «VECON» qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib. Onun sözlərinə görə, istismara verilən binaların qiymətində yerindən və səviyyəsindən asılı olaraq 5-10% artım ola bilər: «Məsələn, «Həzi Aslanov» metrosu ətrafında istismara verilən binalarda mənzillərin kvadratmetri 1200 manat olduğu halda, istismara verilməyən binalarda mənzillərin kvadratmetri bundan təqribən 100 manat aşağıdır.
Eləcə də bax: Bütün «novostroyka»lar istismara qəbul ediləcək - FƏRMAN
V.Oruc bildirib ki, binaların istismara verilməsi prosesinin sürətlənməsi haqqında fərman Bakının mənzil bazarının genişlənməsinə, alqı-satqıların artmasına və ümumilikdə daşınmaz əmlak bazarının canlanmasına səbəb olacaq: «Bu qərar mənzil almaq istəyənlərin seçiminin artmasına və qiymətlərdəki xaotikliyin qarşısının alınmasına da imkan verəcək».
İstismara qəbul edilən binalarda – MƏNZİLLƏR BAHALAŞACAQ
14:51
19 Fev 2019