Ötən ilin yanvar-dekabr aylarında Azərbaycan istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.
Eləcə də bax: Qarabağa qayıdış Bakıda torpaq və yaşayış binalarının qiymətinə - Necə Təsir Edəcək?
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, əvvəlki illə müqayisədə 47,6% azdır.
Təkcə dekabr ayında istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 82 min kvadrat metr təşkil edib ki, bu göstərici noyabr ayə ilə müqayisədə 41,7% azalıb.
Xatırladaq ki, istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsinə mənzildəki bütün otaqların, mətbəxlərin, dəhlizlərin, sanitar qovşaqlarının, vanna və qarderobların, anbarların, eyvanların, lociyaların və digərlərin sahələri daxildir. (Apa)