Bu ilin yanvar-mart aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb, təkcə mart ayında isə artıb.
Eləcə də bax: Bakıda kommersiya obyektlərinin qiyməti ucuzlaşıb - SƏBƏB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 481,8 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 46,4% azdır. Belə ki, ötən ilin yanvar-martında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 899,6 min kvadrat metr təşkil edib.
Təkcə mart ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 49,5% artaraq 207,8 min kvadrat metr təşkil edib.
Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır. (Apa)