"İstanbulda 220 min bina təhlükə altındadır".
İstanbulda mümkün zəlzələ səbəbindən beş ildə - 1,5 MİLYON EV KÖÇÜRÜLƏCƏK
FED.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "CNN TÜRK" və "Kanal D"-nin ortaq yayınında müsahibə verərkən deyib.
Ərdoğan zəlzələdən sonra İstanbulun bütün rayonlar daxil olmaqla xəritəsinin hazırlandığını, risklərin hesablandığını bildirib.
"Bu baxımdan İstanbulun önəmi ayrıdır. Biz bütün rayonlar daxil olmaqla İstanbulun xəritəsini hazırlamışıq. 220 min binanın risk altında olduğunu gördük. Bizim dəvətimizə cavab verənlər yeni evlərinə sahib olublar. Biz onların kirayə haqqını da ödədik. Bizə "hə" deyənlər vəziyyətlərindən məmnundurlar", - Ərdoğan deyib. (Xezerxeber.az )