İstanbulda yaşayış binalarında liftlərin quraşdırılmasına dair yeni tələblər təsdiqlənib.
FED.az-ın məlumatına görə, İstanbul Böyükşəhər Bələdiyyəsi bununla bağlı müvafiq qərar verib.
ELƏCƏ DƏ BAX: Ən qiymətli torpaq sahəsi idi – 550 MİLYONA SATILDI
Qərara əsasən bundan sonra üçmərtəbəli fərdi yaşayış evləri istisna ilə, 3 və daha çox mərtəbəsi olan yaşayış binalarında lift quraşdırılması məcburi olacaq. Mərtəbələrinin sahəsi 800 kv. m və zirzəmisi də daxil olmaqla, mərtəbələrinin sayı 3-dən çox olan ümumi binalarda, layihəyə əsasən 10 mərtəbəli və daha yüksək binalarda, ümumilikdə 20-dən çox mənzilin olduğu binalarda ən azı 2 liftin quraşdırılmaıs tələb edilir. Bu liftlərdən ən azı biri fövqəladə hallarda, elektrik enerjisi kəsilən zaman belə birinci mərtəbəyə enməsi və qapılarını açması üçün lazımi avadanlıqlarla təchiz edilməlidir. Bu lift həm də yanğına qarşı davamlı materialdan hazırlanmalı, tüstü buraxmamalı, müstəqil enerji mənbəyinə malik olmalıdır.
Bir mərtəbədən yüksək ümumi binalarda da ən azı bir lift quraşdırılmalıdır. Bundan əlavə, iki mərtəbəli binalarda isə könüllü şəkildə lift quraşdırılması istəyi olarsa, buna icazə veriləcək.
İstanbulda yaşayış binalarına – YENİ TƏLƏB
18:52
7 Dek 2018