Bir hissəsi Avropa digər hissəsi isə Asiyada yerləşən İstanbulun ümumi sahəsi 5 343 kv km-di. Şəhər 39 rayondan (ilçe)dən ibarətdir. 2017-ci ilin statistikasına görə İstanbul şəhərinin əhalisi 15 milyondan bir qədər çoxdur. Bu şəhərdə alınan mənzilləri asanlıqla icarəyə da vermək olur.
Azərbaycanda da bu İstanbulda şəhərində mənzil alanlar və almaq istəyənlər az deyil. Bu səbəbdən irəli gələrək İstanbulun daşınmaz əmlak bazarı barədə araşdırma aparılıb.
İstanbulda dənizdən 7 kilometr aralıda yerləşən hündürmərtəbli binada mənzil satılır. İstanbulda Esenyurtda yerləşən Rezidensdə yerləşən mənzilin sahəsi 40 kv metrdi 1 otaqlıdır. Binanın 24 saat mühavizə sistemi, yeraltı qarajı, fitnes və saunası var. Mərkəzi isitmə sistemi və lift olmaqla yanaşı bina qazla da təchiz olunub. Mənzil təmirlidir , mətbəx mebellə də təchiz olunub. Kompleks İstanbulda Basın-Ekspress küçəsində yerləşir. Mənzilin qiyməti 64 min avrodur. İlkin ödəniş kimi mənzilin qiymətinin 33% ödəməklə qalan pulu iki ilə də ödəmək olar.
İstanbulda Bəylikdüzündə 4 mərtəbəli apartmantda 2-ci mərtəbədə yerləşən 3 otaqlı mənzil satılır. Sahəsi 95 kv metrdi. Bina mərmərə dənizinin yaxınlığında yerləşir. Binanın dəniz sahilində avtodayanacağı da var. Mənzilin qiyməti isə 56551 avrodur. Mənzil bütün lazımı mebelləri ilə təchiz olunub.
İstanbulda Esenyurtda apartmantda satılan mənzilin ümumi sahəsi 122 kv metrdi. 2 yataq otağı olan mənzil tam təmirlidir. Mənzilin qiyməti Türkiyə milli valyutasında 609 min lirədir. Avro ilə isə 93 340 avroyadır.
Esenyutrda satılan yeni tikilmiş 3 mərtəbəli binanın 2-ci mərtəbəsində ümumi sahəsi 177 kv metr olan mənzil satılır. Binanın örtülü arajı, saunası, türk hamamı var. Mənzilin qiyməti 105 081 avrodur.
İstanbulda Büyükçekmecede satışa çıxarılan 1 otaqlı mənzilin sahəsi 73 kv metrdi. Mənzil tam təmirlidir və lazımı mebellərlə təchiz olunub. Mənzilin 1 yataq otağı və 1 ədəd də qonaq otağı var.
Yenibosnada rayonunda yerləşən apartmantda sahəsi 60 kv metr olan 1 otaqlı mənzil satılır. 3 blokdan ibarət olna binada 225 mənzil var. Hazırda yaşayış kompleksi inşa olunmaqdadır. Mənzilin qiyməti 86 min avrodur. Tam təmirlidir. Mənzil ağıllı ev avadanlıqları və mebellər ilə tam təchiz olunub.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı Fins.az-ın sualını cavablandırarakən bildirib ki, İstanbulun Avropa hissəsində mənzillər daha bahadır. Burada mənzillərin kv metri təxminən 2500 dollardan başlayır. İstanbulun Asiya qitəsində isə mənzillərin kv metri 1300-1400 dollardan başlayaraq 2500 dollara qədər yüksəlir.
Vətəndaşlarımızın daşınmaz əmlaka maraq göstərdiyi şəhərlərdən biri də İstanbuldur. Bundan başqa iş adamlarımız Rusiya şəhərlərinə də maraq göstərirlər. Amma son on illikdə daşınmaz əmlak alan vətəndaşlarımız Türkiyəyəyə üstünlük verirlər. Son dövrlərdə Qazağıstan Ukrayna , Belarus və Avropada mənzil alan vətəndaşlarımızın sayı az deyil deyə ekspert bildirib. Ramil Osmanlının sözlərinə görə azərbaycanlı iş adamları son zamanlar Gürcüstanın istirahət zonalarıdakı daşınmaz əmlaklara da maliyyə yatırırlar.