Türkiyənin ən byöük əmlak bazarı sayılan İstanbulda mənzillərin ən ucuz və ən baha olduğu ərazilər açıqlanıb. FED.az xəbər verir ki, bir qədər əvvəl bankların daşınmaz əmlak kreditlərinin şərtlərini yumşaltması, yəni aylıq faizi 0,99%-ə endirməsi, kredit müddətini isə 15 ilə qaldırması indiyədək durğunluq yaşayan ipoteka kreditləri bazarını canlandırıb.
Eləcə də bax: «Novostroyka» sakinləri: «Artıq pulumuz var, baxaq necə xərcləyirik» - YENİLİK
Araşdırma göstərir ki, vətəndaşların maliyyə imkanlarına ən uyğun sərfəli qiymətlər Esenyurt və Arnavutköy ərazilərində yerləşir.
Daşınmaz əmlak məlumatları indeksinə görə, İstanbulda ən aşağı qiymətə daşınmaz əmlak Esenyurtdur – 1 kvadratmetri 2209 lirə. Arnavutköydə qiymətlər 2240 lirə, Silivridə 2 300 lirə, Beylikdüzündə 2 322 lirə, Sancaktepedə 2 350 lirə, Sultangazidə 2 370 lirə, Avcılarda 2 409 lirə, Sultanbeylidə isə 2 493 lirədir.
Eləcə də bax: Bakının altı rayonunda binalar söküləcək - SİYAHI
Nisbətən bahalı ərazilərdə isə qiymətlər Çatalcada 2 596 lirə, Esenlerdə 2 778 lirə, Pendikdə 2 851 lirə, Bağcılarda 2 867 lirə, Çekmeköydə 2 881 lirə, Güngörendə 2 965 lirə, Tuzlada 2 984 lirə, Gaziosmanpaşada 3 min lirə, Bahçelievlerdə 3 088 lirə, Büyükçekmecedə 3 125 lirə, Kartalda 3 387 lirə, Ümraniyedə 3 446 lirə, Bayrampaşada 3 497 lirədir.
İstanbulda ən bahalı evlər isə Beşiktaşda ykrləşir. Bu ərazidə mənzillərin bir kvadratmetrinin orta qiyməti 10 632 lirəyə qədər yüksəlib. Beşiktaşdan sonra qiymət həddinə görə, Sarıyer (9 195 lirə), Bakırköy (8 407 lirə), Kadıköy (7 094 lirə), Beykoz (7 069 lirə), Adalar (6 224 lirə), Beyoğlu (5 841 lirə) və Şişli (5 212 lirə) gəlir.
Kvadratmetrin orta qiyməti Üsküdarda 4 619 lirə, Ataşehirdə 4 541 lirə, Zeytinburnunda 4 268 lirə, Fatihdə 3 946 lirə, Maltepedə 3 min 783 lirə, Eyüpsultanda 3 653 lirə, Şiledə 3 bin 650 lirə, Kağıthanedə 3 645 lirə, Başakşehirdə 3 586 lirə, Küçükçekmecedə isə 3 524 lirədir.