İstanbuldakı Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin rəhbəri, yazıçı-tədqiqatçı Aygün Həsənoğlu İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğluna 19 maddədən ibarət təklif və layihələr paketi göndərib.
FED.az məumat verir ki, A.Həsənoğlunun Modern.az-a bildirdiyinə görə, təkliflər İstanbulun şəhər planlanması və mədəni-sosial həyatı ilə bağlıdır:
Eləcə də bax: İstanbulda metro və avtobus - 24 SAAT İŞLƏYƏCƏK
"İstanbulla Bakının qardaş şəhər olmasından başlamış, İstanbulda küçələrə Bakı, Nizami Gəncəvi, Hacı Zeynbalabdin Tağıyev adlarının verilməsi, metrobusların tramvaylarla əvəz edilməsi, yeni binların tikintisində bütün mənzillərə günəş işığı düşməsi şərtinin gözlənilməsi, şəhər üçün təhlükəli olduğuna görə göydələnlərin yeraltı su qaynaqlarından istifadə edilməsinin yasaqlanması, zəlzələdən və digər təbii fəlakətlərdən qorunacaq yeraltı sığınacaqların tikilməsi, plastik qablarda qida məhsullarının günəş şüasına məruz qaldığı zaman xərşəng yaradan maddələr əmələ gəldiyindən onlaın marketlərin qarşısına qoyulmasının qadağan olunması, İstanbulu mədəniyyətlər şəhərinə çevirəcək beynəlxalq mədəni kütləvi tədbirlərin keçirilməsi, rəqəmli küçə adlarının dəyişdirilməsi kimi mövzuları əhatə edən təkliflərimiz var".
A.Həsənoğlunun sözlərinə görə, İstanbul Böyükşəhər Bələdiyyəsinin Layihələr və Tədqiqatlar şöbəsindən təklifə reaksiya verilib.
"Mənə zəng edərək, şöbə müdirinin təkliflərimlə əlaqədar şəxsən görüşmək istədiklərini bildirdilər. İstanbul Bələdiyyədinin şöbəsi müdiri dr. Hikmət Erkan məni qəbul etdi, təkliflərə görə təşəkkürlərini bildirərək, fikirlərimi şəxsən dinləmək istədiyini dedi və başqa fikirlərimi soruşdu. Haradasa 2 saata yaxın məni şəxsən dinlədi. Mən İstanbulun daha şox siyasi bir şəhər kimi görüldüyünü qeyd edərək, bu fikrin dəyişdirilib onun mədəniyyət şəhəri kimi tanıdılmasının əhəmiyyətini vurğuladım".
Aygün Həsənoğlu görüşdə başqa təkliflər də verib. Təqdiqatçı şəhərin bəzi yerlərinin tarixi görüntüsünün yaradılması (satıcıların milli geyimlər geyinməsi, tarixi obrazlara abidələr qoyulması, küçələrə adları verilmiş şəxsiyyətlər haqqında məlumat lövhələrinin vurulması kimi), yeni tikiləcək binaların damlarında yaşıl sahə və park yaradılması, bu binaların altında otoparkların tikilməsi, hər məhəllədə bir park salınması, yeni binların kitab və digər şəkillərdə tikilməsi, şəhərdə mavi, açıq yaşıl kimi könül açan rənglərə üstünlük verilməsi kimi təkliflərini də səsləndirib.
"Eyni zamanda, İstanbulda Terror və soyqırımı muzeyi yaratmaq istədiyimi bildirdim. Dedim ki, dərnəyimiz adından bir kiçik gəmi və ya paraxodda Xocalı muzeyi yaratmaq istəyirik. Hikmət bəy müxtəlif təşkilatlarla əlaqə saxlayaraq, belə bir muzey yaratmağın prosedurunu öyrəndi. Sonra İstanbulda Azərbaycan mədəniyyət mərkəzi, teatrı və məktəbin yerləşəcəyi binanın tikilməsi üçün müvafiq ərazi ayrılması məsələsini də müzakirə etdik. Hikmət Erkan Terror və soyqırımı muzeyi layihəsinə dəstək verə biləcəklərini, bu işin bələdiyyənin mədəniyyət şöbəsi ilə əlaqəli şəkildə aparılacağını söylədi".
Görüşün sonunda bu təkıiflərin bələdiyyə başqanı Əkrəm İmamoğlu ilə müzakirəsinin daha da səmərəli olacaıı bildirilib.