İnşaat və əmlak

İsmayıllıda yeni otel kompleksi inşa ediləcək - FOTO

İsmayıllıda yeni otel kompleksi inşa ediləcək - FOTO | FED.az
12:06 14 Okt 2019

İsmayıllı rayonunda yeni otel kompleksi inşa ediləcək.

FED.az İndex.az-a istinadən xəbər verir ki, yeni otel İsmayıllının Basqal qəsəbəsinin yaxınlığında yerləşəcək.

Yeni inşa olunan sağlamlıq və ailə istirahət  kompleksinin müəllifi “Chiza Architectural Bureau” şirkətidir.

Məlumata görə, hazırda inşaat işlərinə başlanıb. Obyektin ümumi ərazisi 17.13 Ha,Kompleksin ümumi yaşıllıq sahəsi 14,99 Ha, tikinti sahəsi 12 563,58 m², ümumi inşaat sahəsi isə 32385.41 m² təşkil edir. Kompleks daxil olan beşmərtəbəli otel binası 179 nömrədən ibarət  olacaq.

Otel binasında istirahət və zamanın səmərəli keçirilməsi üçün bütün şərait  nəzərə alınıb.  Həmçinin kompleksdə otel binasından əlavə kafe, restoran, uşaq əyləncə mərkəzi, kotteclər, o cümlədən inzibati binanın inşası nəzərdə tutulub.

Qeyd edək ki, yeni “Basqal sağlamlıq və ailə istirahət  kompleksi” layihəsinin inşaat tarixi 2019-2020-ci illəri əhatə edəcək.

Digər xəbərlər

Banner