Azərbaycanda təbii göl satışa çıxarılıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, İsmayıllı rayonu, Lahıc kəndində 88 sot sənədli göl satılır.
Təbii göldə hal-hazırda balıq var və turistik zonadır. Gölün dərinliyi 7-11 metrdir, dağdakı bulaqdan içməli su gölə daxil olur.
Qeyd edək ki, təbii göl 120 min manata satılır.