İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində ipoteka proqramının təşkili ilə əlaqədar işçi qrup yaradılacaq.
Eləcə də bax: Qarabağda sahibkarlara kommunal xidmətlər - GÜZƏŞTİ DƏ VERİLƏCƏK
FED.az xəbər verir ki, bu işçi qrupa Qarabağ Dirçəliş Fondu, Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv olan bankların daxil edilməsi nəzərdə tutulur.
İşçi qrup işğaldan azad edilmiş ərazilərdə həm bankların daxili vəsaitləri hesabına, həm də dövlət xəttilə güzəştli ipoteka proqramının formalaşdırılması istiqamətindəki rəy və təklifləri müzakirə edəcək.
Xatırladaq ki, 11 oktyabr 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası və Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. (Marja)