Paytaxtda çoxmənzilli yeni tikililərin idarəçiliyi ilə məşğul olan 10 000 dən çox sakinə xidmət göstərən «Rahat Yaşam» - “İPE GROUP” MMC şirkətinin idarə etdiyi komplekslərdə xidmət aparan yüzlərlə əməkdaşı 04.07.2020-ci il gecə saatlarından etibarən iş icazələrinin ləğv edilməsi ilə əlaqədar çıxılmaz vəziyyətdə qalıb.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq «RAHAT YAŞAM»ın binaları mərkəzləşmiş qaydada müasir və beynəlxalq standartlara uyğun olaraq idarə olunur.
Şirkətin nümayəndəsi Elxan Orucov FED.az-a bildirib ki, şirkət xüsusui karantin rejimi tətbiq olunmağa başlayandan etibarən belə halla ilk dəfədir qarşılaşıb: «Təsəvvür edin ki, idarə etdiyimiz bina komplekslərdə qazanxana sistemi ilə isti su təminatı həyata keçirilir, ümumi ərazilərin virus əleyhinə mütəmadi olaraq dezinfeksiyası həyata keçirilir, binanın ümumi əmlakı mühafizə olunur, məişət tullantılarının gündə iki dəfə olmaqla qapılardan daşınması və s. bu kimi kompleks xidmətlər həyata keçirilir. İndi bu işlərin hamısı dlayanıb».
Yaranmış vəziyyət həmin binalardakı sakinlərin ciddi narazılığına səbəb olub:
«Hazırda yaranmış vəziyyətlə əlaqədar şirkətin Bakı şəhərində idarə etdiyi 3200 dən çox mənzildə, 10000 nəfərdən çox sakinin kütləvi narazılıqlarını bildirəcəkləri ilə əlaqədar şirkətin məsul şəxslərinə zəng edərək bildirirlər. Nazirlər Kabineti Yanında Operativ Qərargahdan Və Asan Xidmətdən xahiş edirik ki, “İPE GROUP ”MMC nin icazə portalında fəaliyyət sahəsi ilə əlaqədar kodlaşdırmasına yenidən baxsınlar»- deyə Elxan Orucov bildirib.