Azərbaycanda və onun hüdudlarından kənarda tikinti işi ilə məşğul olan Süleyman Babayev Qalibiyyət oğlu şirkətinin icra orqanına da özü nəzarət edəcək.
İri daşınmaz əmlak şirkəti FMG-yə yeni direktor - TƏYİN EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, o tikinti şirkəti “AKELİK Group” ASC-nin İdarə Heyətinin sədri (qanuni təmsilçisi) seçilib.
Buna qədər bu vəzifədə S.Babayevin qardaşı Rasim Babayev Qalibiyyət oğlu idi.
Xatırladaq ki, “AKELİK Group” ASC 2011-ci ildə təsis edilib. Onun nizamnamə kapitalı 33 014 681 manat təşkil edir. Şirkətin səhmdarı Süleyman Babayevdir. Şirkətin 2019-cu il üzrə sonuncu dəfə audit hesabatını açıqlayıb və həmin ili 7.09 mln. manat xalis mənfəət əldə etmişdi. 2020-ci ilin əvvəlində balansında 7.37 mln. manat bölüşdürülməmiş mənfəəti olub. 2019-cu ildə bölüşdürülməmiş mənfəətindən səhmdara 23.34 mln. manat dividend ayırıb.
Bu şirkət Tacikistan, Qazaxıstan, Ukrayna, Albaniya və Qırğızıstanda filialları var. Həmin ölkələrdə bir neçə tikinti layihələrini həyata keçiriblər.