Azərbaycanda tikinti materiallarının ən böyük istehsalçılarından biri olan «Mətanət A» şirkəti İranda tikinti materialları zavodu açmağa hazırlaşır. Bu barədə FED.az-a məlumat verən şirkətin rəhbəri Elxan Bəşirov bildirib ki, artıq müəssisənin tiknitisi üün ilkin hazırlıq işləri var, indiy er seçimi üçün qarşı tərəfin cavabı gözlənilir.
Eləcə də bax: Satışlar yaxşı gedir, qazancı 4 dəfə artıb – HESABAT
“İranda karyerlər almışıq. Bu ölkədə zavod tikintisinin ləngiməsi, İran tərəfindən asılıdır. Dünyanın heç bir yerində gips zavodları sənaye parklarında olmur, İran isə bizə zavodumuzu sanəye parklarında inşa etməyi təklif edir. Ona görə zavod tikintisi məsələsi uzanır”- bunları FED.az-a açıqlaması zamanı “Mətanət A” şirkətinin rəhbəri Elxan Bəşirov bildirib.
«Mətanət A»nın rəhbəri həmçinin bildirib ki, şirkət təkcə İranda deyil başqa ölkələrdə də müəsisələr açmağa hazırlaşır, artıq həmin müəssisələr tikilir: «Hazırda «Mətanət A» tərəfindən Moskva şəhəri ətrafında quru inşaat qarışıqları zavodu, kalsium karbonat zavodu, həmçinin Rusiyanın Krasnodar şəhərində gips zavodu inşa edilir».
Eləcə də bax: SOCAR İraqdan neft alacaq
“Bundan başqa Türkiyənin Ankara şəhərində gips zavodunun tikilməsini müzakirə edirik. Artıq Türkiyədə yeri təki ilə bağlı gisp karyerlərini almışıq. Yaxın zamanlarda zavodun tikilməsi ilə bağlı ərazi təqdim edildikdən sonra tikintiyə başlayacacıq” – deyə Elxan Bəşirov bidlirib.
Elxan Bəşirov FED.az-a bildirib ki, «Mətanət A» Gürcüstanda quru inşaat qarışıqları istehsalı zavodunun inşasını başa çatdırmaq üzrədir, eləcə də Özbəkistanda da zavod qurulacaq: «Gürcstandakı zavodda tikinti materialları istehsal olunacaq. Həmçinin Özbəkistanda da yerin təki ilə bağlı gips karyerları almışıq. Tezliklə bu ölkədə zavod tikmək üçün yer ayrılacaq»- deyə şirkət rəhbəri əlavə edib.
«Mətanət A»nın Azərbaycanla bağlı layihələrinə gəlincə, E.Bəşirov bildirib ki, hazırda ölkəmizdə mineral yun zavodu işa edirlər. Bundan başqa Qazaxda əhəng zavodunun inşası başa çatdırılır. Onun sözlərinə görə, hazırda sadalananlardan savayı Azərbaycanda gips blokların istehsalı zavodu, kvarsqum istehsalı zavodları, Hacıqabulda isə maşınqayırma zavodu inşa edirlər».