İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən özəlləşdirmə hərracları təşkil ediləcək.
FED.az xəbər verir ki, hərraclar 12 oktyabr və 19 oktyabr tarixlərində keçiriləcək. Oktyabrın 12-də keçiriləcək hərraca 14 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 19 oktyabrda təşkil olunacaq hərraca isə 6 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi çıxarılacaq
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür.
Qeyd edək ki, sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.