Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondu 2021-ci ildəki mənfəəti öncəki ildəkini 31.5% üstələyib.
Eləcə də bax: İpoteka Fondunun xətti ilə 37 min 765 ipoteka krediti - VERİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, İKZF-in ötən il ərzində 9 milyon 503 min manat həcmində xalis mənfəət əldə edib.
Fondun 1 yanvar 2022-ci il tarixinə olan ipoteka kreditləri portfeli 1 milyard 411.54 milyon manat təşkil edib, cəlb edilmiş vəsaitlərin həcmi isə 1 milyard 131.19 milyon manatdır.
Fond Nizamnaməsinə əsasən aşağıdakı vəzifələri yerinə yetirir:
- ipoteka, o cümlədən güzəştli ipoteka kreditləşməsini həyata keçirir;
- ipoteka kreditləri, o cümlədən sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlər üzrə təminatlar verir;
- yaşayış sahələrini alır və satmaq öhdəliyi ilə kirayəyə verir;
- “Elektron ipoteka və kredit zəmanət” sistemini təşkil edir və onun fəaliyyətini təmin edir;
- kreditlərin anderraytinqinə və vəsaitdən təyinatına uyğun istifadəyə nəzarəti, habelə bank tərəfindən kredit reytinqi modelinin tətbiqini yoxlamaq məqsədilə qanunla müəyyən olunmuş qaydada sahibkarlıq subyektlərində monitorinqlərin aparılmasını həyata keçirir;
- istiqrazlar emissiya edir, həmçinin ipoteka kreditləşməsi sahəsində likvidliyin təmin olunması, Fondun fəaliyyətinin inkişaf etdirilməsi, səmərəliliyinin və etibarlılığının yüksəldilməsi üçün digər formada investisiyaların cəlb olunması üzrə fəaliyyəti həyata keçirir;
- ipoteka kreditləşməsi məsələləri üzrə məsləhət, informasiya xidmətləri və digər xidmətlər, habelə ipoteka kreditlərinin verilməsində iştirak edən banklar, sığortaçılar və qiymətləndiricilər üçün tədris proqramları həyata keçirir;
- sahibkarlara borcların idarə edilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması sahəsində məsləhət xidmətləri göstərir.